Biz bizneslər üçün onlayn satışı sadələşdiririk

Ticarətgah məhsulların təqdimatından sifarişin idarəsinə qədər hazır e-commerce sistemini biznesinizə uyğunlaşdıraraq istifadəyə verir.

01

Məqsədimiz

Kiçik və orta bizneslərin mürəkkəb texniki proseslərə vaxt itirmədən peşəkar onlayn mağaza ilə satışa başlamasına kömək etməkdir.

02

Hazır və çevik sistem

Platformanın əsas satış funksiyaları hazırdır. Dizayn, kataloq, variantlar, çatdırılma və kontent biznesinizin ehtiyaclarına uyğun qurulur.

03

Real satış prosesinə uyğun

Ticarətgah yalnız vitrin deyil; səbət, qeydiyyatsız sifariş, WhatsApp, stok, filial və sifariş statuslarını vahid axında birləşdirir.

04

Birlikdə qurulum

Pilot mərhələsində mağazanı sizinlə birlikdə hazırlayır, bütün əsas ssenariləri test edir və admin panel təlimi ilə təhvil veririk.

05

Davamlı inkişaf

İlk müştərilərin real istifadəsindən gələn rəylər əsasında sistemi təkmilləşdirir və gələcək SaaS mərhələsinə hazırlayırıq.

06

Yerli bizneslərə fokus

Qeydiyyatsız sifariş, qapıda ödəniş, WhatsApp və yerli çatdırılma ehtiyaclarını prioritet hesab edirik.

Hazır mağazanızı biznesinizə uyğunlaşdıraq

Platformanı demo üzərindən nəzərdən keçirin və qurulum ehtiyaclarını birlikdə müəyyənləşdirək.

Konsultasiya al