Tez-tez verilən suallar

Ticarətgah mağazasının qurulması və istifadəsi haqqında əsas cavablar.

Sistem hazırdırmı?++

Bəli. Əsas e-commerce funksiyaları hazırdır; mağaza biznesinizin məlumatları və dizaynı ilə uyğunlaşdırılır.

Müştəri qeydiyyatsız sifariş verə bilərmi?++

Bəli. Müştəri hesab açmadan səbəti tamamlayır və istəyə görə WhatsApp üzərindən də sifariş verir.

Rəng və ölçü variantları dəstəklənirmi?++

Bəli. Variantlara ayrıca stok, qiymət və uyğun məhsul şəkilləri bağlamaq mümkündür.

Real ödəniş inteqrasiyası varmı?++

Pilot mərhələdə qapıda ödəniş və WhatsApp sifarişi əsas götürülür. Onlayn ödəniş sonrakı mərhələdə qoşula bilər.

Mağaza mobil cihazlarda işləyirmi?++

Bəli. Müştəri vitrini telefon, planşet və desktop ekranlarına uyğun hazırlanıb.

Mağaza sıfırdan hazırlanır?++

Xeyr. Ticarətgahın əsas e-commerce sistemi hazırdır. Dizayn, kataloq və satış axını biznesinizə uyğunlaşdırılır.

Məhsullara çoxsaylı şəkil əlavə etmək mümkündür?++

Bəli. Məhsula və rəng variantlarına ayrıca çoxsaylı şəkillər bağlamaq mümkündür.

Sifarişləri admin paneldə izləmək olur?++

Bəli. Müştəri, məhsul, məbləğ və çatdırılma məlumatları ilə sifarişləri izləyə və statuslarını dəyişə bilərsiniz.

Filial və çatdırılma məlumatları idarə olunur?++

Bəli. Filial ünvanları, əlaqə məlumatları və çatdırılma seçimləri admin paneldən idarə edilir.

Banner və məlumat səhifələrini özüm dəyişə bilərəm?++

Bəli. Banner, bloq, FAQ və istifadə şərtləri kimi məlumat səhifələri CMS vasitəsilə yenilənir.

Qurulumdan sonra təlim verilirmi?++

Bəli. Mağaza təhvil verilərkən məhsul, sifariş və kontent idarəetməsi üzrə admin panel təlimi keçirilir.

Texniki dəstək göstərilirmi?++

Pilot mağazalara ilkin istifadə dövründə qurulum və texniki dəstək göstərilir.

Hazır mağazanızı biznesinizə uyğunlaşdıraq

Platformanı demo üzərindən nəzərdən keçirin və qurulum ehtiyaclarını birlikdə müəyyənləşdirək.

Konsultasiya al